Mağaza haqqında

Bizim haqqımızda

2023-cü ildə təsis olunan Vintage Butik , özünə məxsus konsepti ilə fərqlənən bir məkan kimi önə çıxmağa nail olmaqdadır. Bizim əsas məqsədimiz, yeni qalmış və ya az istifadə olunmuş müxtəlif xarici brend geyim və aksesuarları birləşdirərək müştərilərə təzə və maraqli seçimlər təqdim etməkdədir. Təklif etdiyimiz yüksək keyfiyyətli məhsullarla birlikdə hər kəs üçün fərqli tərz əldə etmələrinə imkan yaradırıq.
Mağazamızın konseptinə əsaslanaraq, müştərilər öz dolablarında istifadə etmədikləri geyim və aksesuarları müəyyən şərtlər daxilində bizə gətirərək satışa çıxara bilərlər. Buna görə də Vintage Resale Butik olaraq dolablarını təzələmək istəyən hər kəs üçün əlverişli və müstəqil bir seçim şansı vəd edirik.

Jurnal şəkilləri

Vintage Resale Butikinin unikallığı ondan ibarətdir ki, o, müştərilərə lüks brendli məhsulları münasib qiymətlərə almaq imkanı təqdim edir. Bunların arasında dünyanın ən yaxşı moda dizaynerləri tərəfindən hazırlanan, Couture kolleksiyalarından yaradılan tamamilə unikal modellər də var!

İkonik stilin axtarışında “The M.O.S.T” jurnalında mağazamız və məhsullarımız barədə olan genişmiqyaslı məlumatlar mağazamızın etibarını və beynəlxalq auralı olduğunu sizlərə bariz şəkildə sübut edir.

Autentifikasiya aparatı

Vintage Resale Butik olaraq mağazamızda mövcud olan və satış məqsədilə mağazamıza gətirilən çantaların hər biri originallığını sübut etmək məqsədilə Autentifikasiya aparatı vasitəsilə testdən keçir.

X